Azərbaycanda avtomobillər kosmik həddə ucuzlaşacaq - Ekspert danışır...
26-06-2024, 00:07
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mini keçib.
"Cebhe.info" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.
"Təlim keçən sürücülərin sayı isə 24 mini keçib", - deyə agentlik bəyan edib. Əvvəllər isə bu say 60 mini keçirdi.
Taksi fəaliyyəti üçün iyulun 1-dən yeni qaydaların qüvvəyə minməsi avtomobil bazarına da təsirsiz ötüşməyib.
Maraqlıdır, taksi haqqında qəbul edilmiş qərardan sonra avtomobil bazarında son durum necədir?
Məsələ ilə bağlı avtomobil-alqı satqısı ilə məşğul olan Əlisahib Əliyev “Cebhe.info”-ya açıqlamasında deyib ki, bazarda satışa çıxarılan avtomobillərin sayı 10 minlərlədir:
“Hazırda avtomobil bazarında saysız- hesabsız avtomobillər satışa çıxarılır. Belə ki, taksi haqqında qəbul edilmiş qərardan sonra bir gecədə 10 mindən çox avtomobil satışa çıxarıldı. Nəticədə avtomobil bazarında ciddi rəqabət mühiti yarandı. Bundan dolayı 16 minə təklif edilən “Toyota Prius” hazırda 5 minə qədər ucuzlaşıb. Düzdür, orta qiyməti 7-9 min arası olsa da, ümumilikdə tələb az, təklif çox olduğu üçün avtomobillərin ucuzlaşması bir müddət davamlı olaraq”.
O qeyd edib ki, yaxın gələcəkdə ölkəmizdə avtomobillərin qiyməti kosmik həddə ucuzlaşacaq:
“Utilizasiya fondunun yaradılması və digər ekoloji addımlar da avtomobil bazarında mənfi təsir edir. Bu səbəbdən yaxın gələcəkdə ölkəmizdə yararsız avtomobillərin sayı kəskin şəkildə artacaq. Elə olan halda avtomobil sahiblərinin cibinə ziyan etsə də, ölkəmizin avtomobil parkinin yenilənməsinə zəmin yaradacaq”.