Vençur bazarın ən zəif inkişaf etdiyi ölkələr Qırğızıstan, Tacikistan və Azərbaycandır.

26-06-2024, 09:14           
Vençur bazarın ən zəif inkişaf etdiyi ölkələr Qırğızıstan, Tacikistan və Azərbaycandır.
Ötən gün regionda startapların maliyyələşmə vəziyyəti, vençur bazarın həcmi haqqında qısa bir araşdırmanı təqdim etmişdim.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan , Ermənistan və Gürcüstanın vençur bazarları haqqında yazmışdım.
Amma maraqlı məqam odur ki, keçmiş sovetlər birliyinə daxil olan ölkələr içərisində startapların vençur maliyyələşməsi sahəsində ən öndə gedəni, hazırda müharibə vəziyyətində olan Ukraynadır.
Müharibədən öncə bu ölkədə vençur bazarın həcmi 800 milyon $-a çatmışdı.
Sonra ciddi çöküş oldu.
Amma yenə də startap ekosistemə dəstəyin ən yüksək olduğu ölkə Ukraynadır.
2022-ci ildə bu ölkənin startapları 212 milyon dollar invesitisya almışdılar.
Hesabatlara baxıram ki, təkcə bu ilin birinci kvartalında Ukrayna startapları 45 milyon dollar inestisiya alıblar. Əsasən xarici investisiyadır. Yerli vençur fondlarının sayı 15-dən çoxdur.
Beləliklə, startaplara dəstək və vençur maliyyələşmənin ən yüksək səviyyədə olduğu yaxın ölkələr Ukrayna, Qazaxıstan və Ermənistandır.
Vençur bazarın ən zəif inkişaf etdiyi ölkələr isə Qırğızıstan, Tacikistan və Azərbaycandır.
Vençur maliyyələşmə ilə bağlı cəmi 7 bəndlik qanunu da hələlik bizdə qəbul etmək mümkün olmayıb.
Bir daha xatırladıram ki, bizim RİNN və digər qurumların min əziyyətlə, hətta müvafiq qanunvericiliyin olmadığı bir şəraitdə yaratdığı bir vençur fondumuz var(dı).
Ötən il bu fond təxminən 10 startapa cəmi 1 milyon dollar investisiya yatırıb. Onun da 3, yaxud 4-ü yerli startapdır.
Hazırda isə hansısa səbəblərdən bu vençur fondumuz investisiya yatırımı edə bilmir, çünki müvafiq bank hesabları Mərkəzi Bank tərəfindən qapadılıb.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.