Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının qiyməti arta bilər

26-06-2024, 11:08           
Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının qiyməti arta bilər
Bəzi kənd təsərrüfatı məhsullarının qiyməti arta bilər.

Xezerxeber.az-ın məlumatına görə, iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bölgələrdə havaların qeyri-sabit keçməsi və sel fəlakəti əkin sahələrində məhsuldarlığı azaldıb.

Onun sözlərinə görə, bu il ötən illə müqayisədə bazarlarda daha az yerli məhsul satışa çıxarılacaq.

Ekspert əlavə edib ki, sonrakı aylarda da müəyyən qədər yerli məhsul qıtlığı hiss ediləcək:

"Bunu aradan qaldırmaq üçün idxala daha çox üstünlük veriləcək və bu vəziyyət qiymətlərin artmasını qaçılmaz edəcək. Həmçinin əkin sahələrinin su altında qalması, ailə təsərrüfatında da maliyyə itkilərinə səbəb olub".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru