"İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik"

26-06-2024, 11:28           
"İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik"
“108 B nömrəli avtobus Mehdiabad qəsəbəsindən Azadlıq metrosuna qədər işləyir. Tək mən yox, bütün Binəqədi qəsəbə sakinləri bu avtobusdan şikayətçidir. Avtobus yaxşı işləmir, yarım saatdan bir intervalı var. İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik”

Bunu Moderator.az-a şikayətçi Gülər Məmmədova deyib. O daha sonra əlavə edib.
“Nəzərə alsaq ki, Binəqədi kəndində əhali çoxdur, bu da problemi birəbeş artırır. Avtobusun sonuncu dayanacağı Azadlıq metrosunun qarşısıdır. Təsəvvür edin, axşam saat 9-dan sonra ümumiyyətlə avtobus tapmaq olmur. Gələn avtobus da 35-40 dəqiqə intervalla işləyir. Sürücü avtobusu qoyub çıxıb gedir. Sürücünü axtarırıq, tapa bilmirik ki, sözümüzü deyək. Yəqin çay içməyə, yemək yeməyə gedir. 1 saata yaxın interval olar?! 45 dəqiqədən sonra sürücü gəlir. O gələnə qədər artıq avtobusda bir çoxu yatmış olur. İnsanlar işdən arğın-yorğun halda çıxırlar. Onları qətiyyən qınamıram. Etiraz edəndə də deyir ki, avtobus yoxdur. Avtobus yoxdursa bu bizim problemimiz deyil. Avtobusda kondisioner sistemi yoxdur. Hamının başından su damcılıyır. 108 A nömrəli avtobus yenilərdəndir, Bakı Bus-dur. Sərnişinlərin hər cür rahatlığını təmin ediblər, konsidioner işləyir” deyə o bildirib.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru