İqtisad Universitetinin müəllimi Vüsal Quliyev 200 min borca görə 1 milyonluq evimizi əlimizdən alır VİDEO
26-06-2024, 12:28
Azinforum.az-a müraciət edən vətəndaş iddia edir ki, onlara məxsus olan və bazar qiyməti təxminən 1 milyon manat dəyərləndirilən mənzil 200 min manat borca görə ələ keçirilir. Şikayətçilər iddia edirlər ki, məhkəmə borcu təsdiq etsə də, konkret olaraq evin boşaldılmasına dair məhkəmə qərarı yoxdur və icra hərəkətləri qanunsuz icra olunub. Videomaterialdan da görünür ki, bu işdə İqtisad Universitetinin Vüsal Quliyev adlı müəlliminin adı hallanır.
Azinforum.az olaraq evin necə boşaldılmasını əks etdirən videogörüntüləri təqdim edirik. Evin sahibləri ilə videomüsahibə hazırlamağa çalışacayıq. Eləcə də, videomaterialda adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazırıq. Həmin görüntüləri təqdim edirik: