440 manat kredit götürdü, 74 gün ərzində borcu 924 manat oldu - “AZPULMAT” VƏTƏNDAŞLARI MÜFLİS EDİR

26-06-2024, 16:44           
440 manat kredit götürdü, 74 gün ərzində borcu 924 manat oldu - “AZPULMAT” VƏTƏNDAŞLARI MÜFLİS EDİR
Şəmkir rayonu, Morul kənd sakini Qəribzadə Nizami Mahir oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi narazılıq edir ki, “Azpulmat”dan onlayn qaydada götürdüyü kredit qısa müddətdə 2 dəfə artıb və bu səbəbdən faiz borclarını ödəyə bilmir:

“Mən, Qəribzadə Nizami Mahir oğlu, yazaraq xahiş edirəm ki, mənim bu məsələmə baxılsın.

Bu ilin 7 aprel tarixində tanışım üçün “Azpulmat”dan 440 manat pul götürdüm. 74 gün keçib və həmin məbləğ 924 manat olub. İndi yaxınım 440 manat pulu ödəmək istəyir, ancaq faizini verə bilmirik. Çünki vəziyyətimiz çox pisdir, maddi gücümüz çatmır. Rahat şəkildə ödəyəcyimizi düşünürdük, amma elə olmadı”.

CƏMİLƏ

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru