Niyə rəis?

27-06-2024, 07:38           
Niyə rəis?
Niyə rəis? Araşdırılmasına ciddi ehtiyac duyulur.Yazılanlar düzdürsə bu halsa cənab rəis ARƏM Maddə 9 (Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları) Maddə 89. (Tam iş vaxtı və onun müddəti), Maddə 90. (Həftəlik tam iş vaxtının müəyyən edilməsi),Maddə 207. (Əməyin mühafizəsi normalarını və qaydalarını müəyyən edən qanunvericilik),Maddə 209. (Əməyin mühafizəsinin əsas prinsipləri), Maddə 215. (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) ,Maddə 222. (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) pozuldu üçün ARƏM maddə 310 (Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalıdır.
Azneft İstehsalat Birliyinin 28 May NQÇİ özülündə stasionar kranda operator işləyirəm. . 28 May NQÇİ də bütün peşə sahibləri normal qrafiklə (12 saat iş 12 saat istirahət ), 1 həftə gecə 1 həftə günüz növbəsində işləyirlər, lakin kran operatorlarina da belə müqavilə təqdim olunsa da , ancaq sadəcə müqavilədə öz əksini tapır , işə gəldikdə isə bu belə deyildir. Kran operatorlari 12 saat əvəzinə 16 bəzən 18 saat işləməli olurlar, çünki bloklarda 2 kranavşik əvəzinə 1 nefer 15 gün ərzində gecə gündüz işləməlidir. İşçi götürmək əvəzinə insanları belə istismar edirlər', günüz işləyən kranavşik axsamda işləməli olur , bu təhlükəli işi bu müdiriyyətin düşüncəsinə görə 1 nefer kifayətdir, və belə deyirlər boş olanda get dincəl , nə vaxt kran lazım oldu gel işlə , hətta məcburi ( könüllü) özümüzə ərizə yazdırırlar smen ərzində (15 gün ərzində) elə olur bir neçə blokda gedib işləməli oluruq buda ciddi qanun pozuntusudur , getməsək işdən qovmaqla hədə qorxu və s . İşçi çatmır lakin götürmürlər, lakin qanunla her blokda 2 kranavşik olmalı və 12 saat iş 12 saat istirahət qrafiki ilə işləməlidir.
Mirvari Gahramanli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.