Parklanma yerini ödəniş etmədən tərk edənlər inzibati məsuliyyətə cəlb ediləcəklər?

27-06-2024, 09:44           
Parklanma yerini ödəniş etmədən tərk edənlər inzibati məsuliyyətə cəlb ediləcəklər?
Ödəniş etmədən parklanma yerlərini tərk edən sürücülər üçün cərimələr artırılacaq, həmçinin onlar inzibati məsuliyyətə cəlb ediləcək. Məsələ ilə bağlı Milli Məclisdə aparılan müzakirələr məhz bu istiqamətdədir. Hələlik bununla bağlı rəsmi qərar yoxdur.

Sürücülər deyirlər ki, qaydaların sərtləşdirilməsi nizam-intizamı artırsa da, problemlər də qalmaqdadır.

Ərazidə xidmət göstərən parklanma xidmətinin əməkdaşları da artıq sürücülərin yeni qaydalara riayət etdiklərini deyirlər.

Nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, əgər yeni təkliflər qəbul edilərsə, avtomobil sahibləri parklanmaya görə ödəniş etmədən həmin ərazini tərk etsələr, inzibati məsuliyyətə cəlb ediləcəklər.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.