Azərbaycanda vençur bazarının regionda ən aşağı yerlərdə olması ciddi narahatçılıq doğuran bir məsələyə çevrilib

28-06-2024, 09:34           
Azərbaycanda vençur bazarının regionda ən aşağı yerlərdə olması ciddi narahatçılıq doğuran bir məsələyə çevrilib
Görünür ki , Azərbaycanda vençur bazarının regionda ən aşağı yerlərdə olması ciddi narahatçılıq doğuran bir məsələyə çevrilib .
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən Baku ID festivalında startapların və ya tənzimləyicilərin üzləşdiyi problemlər haqqında danışdı və bunların qanunvericilikdəki boşluqlardan irəli gəldiyini bildirdi.
Nazir də vençur kapitalın cəlbi ilə bağlı işlərin görülməsinin zəruriliyini qeyd etdi.
SABAH.HUB isə qarşıdakı dövrdə 25 milyonluq vençur fond formalaşdıracaqlarını bildirdi.
Reallaşdıra bilsələr ekosistemə ciddi dəstək olardı .
Ona görə "reallaşdıra bilsələr" qeyd edirəm ki, RİNN və Pasha Holdingin birgə yaratdığı , hələlik ölkədə yeganə olan Caucasus Ventures fondu böhranlı vəziyyətdədir.
Cənab Nazirin tədbirdə qeyd etdiyi kimi "qanunvericilikdəki boşluqlar" səbəbindən Mərkəzi Bank yeganə vençur fondumuzun bank hesablarını bloklayıb.
Ümid edirəm ekosistemin inkişafına cavabdeh olan RİNN, İN və ASAN bir məxrəcə gəlib vençur maliyyələşmə ilə bağlı cəmi 7 bəndlik qanunun qəbuluna nail ola biləcəklər.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru