İlin əngəlçisi
28-06-2024, 10:08
Bu gün Baku İD festivalında nazirlər, təşkilatçılar vençur bazarın inkişaf etdirilməsinin zəruruliyindən danışırdılar.
Neçə günlərdir biz də yazırıq ki, keçmiş sovetlər birliyində vençur bazarın ən zəif inkişaf etdiyi 3 ölkə içərisində biz də varıq.
Yəni ötən il Azərbaycanın yeganə vençur fondu olan Caucasus Ventures cəmi 1 milyon dollar yatırım edib, Ukrayna 300 milyondan çox, Qazaxıstan 80 milyon, Ermənistan 124 milyon, Gürcüstan 25 milyon vençur katipalını investisiya ediblər.
Maraqlıdır ki, indi bu 1 milyonu yatıran "yetim" fondumuzun hesablaşmalarına da Mərkəzi Bank hansısa bir səhv taparaq blok qoyub.
Görən, 1 milyonluq yatırımlara blok qoyan MB, ETN-nin və İN-nin xeyir duasıyla yaradılacaq SABAH.HUB-ın və SOCAR-ın 25 milyonluq vençur fonduna necə icazə verəcək ?
Yeri gəlmişkən, tədbirdə bir anlıq düşündüm ki, startaplarımıza dəstəklə bağlı balaca bir İŞIQ gələn yerin qapanması üçün görəsən KİM əmma tapa bilib, KİM bu tranzaksiya qüsurunu aşkarlayıb görən ?
Çox maraqlıdır.
Əslində burada Mərkəzi Bankı gözümçıxdıya salmaq fikirm yoxdur. Ən azı 7 il ortalıqda dövr edən “Ödəniş sistemləri ” ilə bağlı qanun layihəsini qəbul etdirən, bir çox innovativ addımlar atan MB-ni bu məsələdə aşağılamaq doğru olmazdı.
Özüm də bir qədər araşdırıb gördüm ki, Caucasus Venturs-in tranzaksiyalarında MB-nin blok qoyması üçün müəyyən əsaslar ola biləcək məqamlar var.
Gərək təşkilatçılar, Fondun, İRİA-nın hüquqşünasları zamanında bunu görəydilər.
Hər halda, ümid edirəm MB qaydaları təkmilləşdirib bloku tez bir zamanda aradan qaldıra biləcək.
Amma , istənilən halda, vençurla bağlı maliyyə sistemimizdə İŞIQ GƏLƏN balaca bir deşikdəki əmmanı tapan, oradakı qüsurları aşkar edən kimdirsə ONU yadda saxlamaq, dövlətçilik və maliyyə intizamı üçün çox faydalı olardı
Taleh müəllim pis kadrlar toplamırmış. Kadrları iynənin ucu boyda yerdə blok qoyula biləcək nüansları tapa biliblər.
Daha strateji dövlət vəzifələrini həmin “İlin əngəlçisinə” həvalə etmək olardı
Osman Gunduz
TEREF