İcra başçısı toyda davaya girişdi

1-09-2016, 20:03           
İcra başçısı toyda davaya girişdi
Ötən şənbə günü Bakının məşhur restoranlarından olan “Neolit”də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da iştirak etdiyi toy məclisində kütləvi dava olub.

teref.az xəbər verir ki, nəticədə adını dəqiqləşdirə bilmədiyimiz xidmətçi gənc möhkəm döyülüb.

Məclis iştirakçılarından birinin “AzPolitika”ya verdiyi məlumata görə, hadisə hansısa səbəbdən bir xidmətçi gəncin döyülməsi ilə başlayıb. Vəziyyət o qədər gərginləşib ki, icra başçısının özü də əlbəyaxa davaya qarışıb və Aqşin adlı bir nəfərə hücum edib.Arif Qasımov ona yüzlərlə adamın gözü qarşısında bir neçə zərbə endirdikdən sonra ailəsi ilə birlikdə toydan qovub, səhərisi gün isə Nizami rayonu ərazisində fəaliyyət göstərən çayxanasını bağlatdırıb.

Hücuma məruz qalan ofisiantın xəstəxanaya yerləşdirildiyi bildirilir.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verə bilərik!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru