Bağçaların taleyi: Nazirlik yoxsa Bakı Şәhәr İcra Hakimiyyәti?
2-09-2016, 12:49
Uzun müddәtdir ki, paytaxtdakı mәktәbәqәdәr tәhsil müәssisәlәrinin, bağçaların Bakı Şәhәr İcra hakimiyyәtindәn alınıb Tәhsil Nazirliyinin tabeliyinә verilmәsi әtrafında fikirlәr dolaşır. Hәtta, cәmiyyәt belә düşünür ki, dәyişikliyin gerçәklәşmәsi mәktәbәqәdәr tәhsil müәssisәlәrinin sәliqәli fәaliyyәt göstәrmәsinә sәbәb olar. Çoxlu müzakirәlәr aparılsa da, hәlә ki, bir nәticә yoxdur. Millәtinsәsi.info¬nun mәlumatına görә, Milli Mәclisin Elm vә tәhsil komitәsinin sәdri İsa Hәbibbәyli Modern.az¬a açıqlamasında deyib ki, "Mәktәbәqәdәr tәhsil haqqında” qanun layihәsinә bu maddәnin salınmasını düşünmürlәr. "Elm vә Tәhsil komitәsinin mövqeyi budur. Bu mәsәlә barәdә Azәrbaycan cәmiyyәtindә müxtәlif fikirlәr var. Yekun qәrar isә müvafiq icra hakimiyyәtinin istәyindәn asılıdır. Necә qәrar qәbul olunarsa, o cür dә idarә olunmalıdır”. Deputat әlavә edib ki, "Mәktәbәqәdәr tәhsil haqqında” qanun layihәsi çәrçivәsindә işlәr gedir. "Burada mәktәbәqәdәr tәhsilin formaları, inkişaf istiqamәtlәri, mahiyyәti, idarә olunması, әlaqәlәri kimi mәsәlәlәr öz әksini tapacaq. Hәlә ki, bunlar ilkin hazırlanma mәrhәlәsindәdir. Milli Mәclisin Elm vә tәhsil komitәsi belә hesab edir ki, bağçaların hansı icra hakimiyyәtinә tabe olması mәsәlәsi "Mәktәbәqәdәr tәhsil haqqında” qanun layihәsinin predmeti deyil. Bu barәdә yalnız müvafiq icra hakimiyyәti qәrar qәbul edә bilәr”. İsa Hәbibәyli hәmçinin, mәktәbәqәdәr tәhsil müәssisәsi ilә bağlı dünya tıәcrübәsindәn yararlandıqlarını da dilә gәtirib. "Biz bu haqda qanun layihәsi hazırlayarkәn dünya tәcrübәsinә dә baxdıq. Mәktәbәqәdәr tәhsillә bağlı dünya tәcrübәsindә müxtәlif cür yanaşmalar var. Tәxminәn, 14 ölkәnin tәcrübәsini öyrәnmişik. Dövlәt bağçaları haqqında әn yaxşı model Finlandiyada, özәl bağçalar haqqında isә әn mükәmmәl nümunә Estoniyada fәaliyyәt göstәrir. Bundan başqa İsveç dövlәtinin vә postsovet mәkanına daxil olan ölkәlәrin dә tәcrübәsini öyrәnirik. Müxtәlif yanaşmalar var ki, bu da hәr bir ölkәnin daxili reallığından vә qәbul etdiyi qәrardan asılıdır”.