Bahalı siqaretlərin qiyməti qalxacaq –Siqaret satışı dayandı

3-09-2016, 17:05           
Bahalı siqaretlərin qiyməti qalxacaq –Siqaret satışı dayandı
Bu gün paytaxtın bir çox satış nöqtələrində siqaretlərin satışı dayandırılıb və ya məhdudlaşdırılıb. Winston XS, Kent, Parlament, Davidoff markalı siqaretlər bu gün səhər saatlarından satılmır.

Strateq.az-ın əməkdaşı ilə söhbətdə satıcılar bildiriblər ki, topdansatış şirkətləri mal verməyi dayandırıblar. Mağazalar isə əllərində olan siqaretləri satmaq istəmirlər. Gözlənti var ki, yuxarıda qeyd edilən siqaret markaları bahalaşacaq. Buna görə, parəkəndə satış nöqtələri indiki qiymətə siqaret satmaq istəmir. Alıcılara isə deyilir ki, siqaretlər qurtarıb.

Satıcıların sözlərinə görə, indi 2.80 AZN və 3 AZN-ə satılan siqaretlərin ən azı 40-50 qəpik bahalaşması gözlənilir. Bu isə manatın məzənnəsinin aşağı düşməsi, dolların isə bahalaşması ilə izah edilir.

Qeyd edək ki, ötən il dekabrın 21-i Azərbaycanda baş verən devalvasiyanın ilk günü siqaretlərin qiyməti birdən-birə təqribən 50 faiz bahalaşmışdı. 4 gün əvvəl isə bəzi ucuz qiymətə satılan siqaretlər 10-20 qəpik bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru