Hacıbala Abutalıbov rəisi işdən qovdu - qanunsuz parkomat qoydurub pul qazanırmış

5-09-2016, 19:47           
Hacıbala Abutalıbov rəisi işdən qovdu - qanunsuz parkomat qoydurub pul qazanırmış
Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilib. teref.az yazır ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün sərəncam verib.

Həsən Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilir.

Qeyd edək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və Azəravtoyol ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb. Hətta, DYP və Azəravtoyol ASC Bakıda onlarla parkomatın yığışdırılmasına və parkinqin ləğv edilməsinə nail olub. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Hacıbala Abutalıbov XTAİ-nin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru