“Pasha Bank”ın kredit portfelinin 91%-dən çoxunu biznes kreditləri təşkil edib – HESABAT

20-07-2024, 08:44           
“Pasha Bank”ın kredit portfelinin 91%-dən çoxunu biznes kreditləri təşkil edib – HESABAT
2024-cü ilin 2-ci rübü ərzində “Pasha Bank”ın kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübü ərzində bankın kredit portfelinin həcmi 3.086.901 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bank tərəfindən müştərilərə 2.744.294 milyon manat kredit verildiyini nəzərə alsaq, 342.607 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 136.468 milyon manat azalaraq 88.745 milyon manat, biznes kreditləri 432.311 milyon manat artaraq 2.826.077 milyon manat, daşınmaz əmlak kreditləri isə 46.764 milyon manat artaraq 172.079 milyon manat təşkil edib.

Beləliklə, “Pasha Bank”ın kredit portfelinin 91%-dən çoxunu biznes kreditləri təşkil edir.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 782.706 milyon manatdır. Bankın səhmlərinin 56,8195%-i “PASHA Holding” MMC-ə, 28,1796%-i BLESS MMC-ə, 9,9944%-i Arif Paşayevə, 5,0066%-i Mir Camal Paşayevə məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.