Məşhur mağazada endirim fırıldağı - Fotolar

6-09-2016, 08:48           
Məşhur mağazada endirim fırıldağı - Fotolar
Paytaxt mağazalarında endirim fırıldağı tendensiyası müşahidə olunur

İstehlakçı hüquqlarını pozan firma və mağazalar müştərilərə kələk gəlirlər.

Artıq endirim kampaniyası adı altında fırıldaqçılıq normaya çevrilib ki, dəfələrlə mətbuatda müxtəlif faktlar təqdim olunub.

Növbəti belə fırıldaqla Gülsümə Bayramova adlı müştəri qarşılaşıb. O, müxtəlif aksessuarların satıldığı “Zel home” mağazasında endirim hiyləsi ilə üzləşib.

İstehlakçı şahidi olduğu fakt haqda bunları açıqlayıb: “Bu mağazada 6 manat 90 qəpiyə olan qədəhlər endirim adı altında 9 manat 90 qəpiyə satılır. Bunu da həmin şüşələrin üzərinə yapışdırıblar. Guya yeni endirimdir”.

ZEL HOME - 2009-cu ildə Selcan Əliyeva tərəfindən yaradılmış yerli brenddir. Hər bir modelin dizaynı fərdidir, yerli dizaynerlər tərəfindən ZEL HOME üçün yaradılır və dünyanın müxtəlif ölkələrində - Uzaq Şərqdə, Avropada istehsal edilir.

Bu məhsullar paytaxtın Azadlıq prospekti, 84, Park Bulvar AVM, Zaqulba MALL, 28 MALL ünvanlarında satışdadır.

Zel HOME ev, qonaq otağı, yataq otağı, mətbəx və vanna otağı interyer əşyaları üzrə ixtisaslaşıb. Bundan əlavə, brend süfrə dəstləri, qab-qacaq, şüşə qablar və dekor elementləri də təklif edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.