Fazil Məmmədov Nəcməddin Sadıkovun oğlunu “vurdu”

6-09-2016, 13:00           
Fazil Məmmədov Nəcməddin Sadıkovun oğlunu “vurdu”
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıkovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən verilən açıqlamada "Məhəmməd Sadıkov artıq Nazirliyin əməkdaşı deyil" deyə bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıkov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru