Eldar Mahmudovun bankir dostu ölkəni qarışdırır? - İDDİA
6-09-2016, 19:48
Bankların dollar satışını dayandırması böyük panika yaradıb. Əhali arasında çaşqınlıq, təşviş və çaxnaşma yaradan banklar bu situasiyadan da mənfəətlə çıxmağa hazırlaşır. Bu barədə əldə etdiyimiz məlumatda qeyd olunur ki, bank sektorunda yaranmış dollar həyəcanı və satışın dayandırılması əhalinin maraqları gözlənilmədən həyata keçirilir. Bu da Mərkəzi Bankın qaydalarına zidd fəaliyyətdir. MB İdarə Heyətinin sədri Elman Rüstəmovun susqunluğu deməyə əsas verir ki, özəl banklar qərarları verməkdə sərbəstdir.(rublika) Bu bankların isə hansı nazir və məmurların himayəsində olduğu ictimaiyyətə məlumdur. Ölkənin bank sektorunda elə bir müəssisə qalmayıb ki, vəzifəli şəxs tərəfindən idarə olunmasın. Onların fəaliyyəti isə xalqı soymağa, yüksək faizlərlə müflis etməyə, kredit bataqlığında boğmağa yönəlib. Devalvasiyadan sonra bankların çöküşü isə onların işini çətinə salıb. Ona görə də yenidən start götürən məmurların bankları heç olmasa dollar satışından qazancla çıxmaq arzusundadır. Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur. Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər. Günbəgün yoxsullaşan əhalinin taleyini düşünməyən məmurların bankları isə nə faizləri aşağ salır, nə də güzəştlər var. Artıq məsələyə ölkə rəhbərliyinin müdaxilə etməsinə zərurət yaranıb. Prezident İlham Əliyevin göstərişindən sonra bankların dollar satışı ilə bağlı siyasətində dəyişiklik mümkündür. Dollar satışını dayandıran bankların siyahısına nəzər yetirib və həmin müəssisələrin hansı məmurlara aid olduğunu araşdırdıq. Məlum olub ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən "Access Bank" və “Atabank” dollar satışını dayandırıb. Habelə, ləğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudova qohumluğu olan keçmiş deputat Çingiz Əsədullayevin rəhbəri olduğu "AG Bank", sabiq deputat və “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin "Muğan Bank"ı da xalqa dollar satmır. Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədov klanına aid "Bank of Baku", Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus “Bank Respublika”, Xətai rayon prokuroru Yusif İldırımzadəyə aid olduğu iddia edilən “Əmrah bank” da dollar satışını dayandırıb.