74 yaşlı Göyçay sakini nədən şikayətçidir? - İTTİHAM VAR

7-09-2016, 10:45           
74 yaşlı Göyçay sakini nədən şikayətçidir? - İTTİHAM VAR
Göyçay rayonu Qızılağac kənd sakini Şirinova Tükəzban Salman qızı DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edib. Ərizədə deyilir:

"Mənim 74 yaşım var dövlət qanunlarını daima ali tutmuşam. Azərbaycan Respublikasının Konstitusiyası qoca-cavan hər bir vətəndaş üçün müqəddəs sayılmalıdır. Ancaq Göyçay rayon İcra şöbəsinin rəisi İlqar Abdurrəhmanov Azərbaycan Respublikasının Konstitusiyasını öz şəxsi maddi maraqlarına qurban verərərk cinayət əməlləri ilə məşğul olur. İşinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış icra məmuru dövlət idarəsini kolxoz bazarına döndərib.

Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiam qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna JN-002 KOD 40808018 saylı dövlət aktına əsasən mənim və ailə üzvülərimin ümumi-birgə mülkiyyətimizdə olan 5,40 hektar pay torpaq sahəmizin 1.32 ha hissəsindən cavabdeh Mahmudov Gündüz Ağəli oöğlunun çıxarılması və həmin torpaq sahəsinə daxil olmasına son qoyulması qət edilmişdir.Göyçay rayon məhkəməsinin həmin qətnaməsi qanunu qüvvəsini alıb icraya yönəlmiş, ancaq qeyd etdiyim kimi dövlət idarəsini kolxoz bazarına döndərmiş Göyçay rayon icra şöbəsinin rəisi İlqar Abdurrəhmanov həmin qətnaməni qəsdən icra etmir, müxtəlif bəhanələrlə saxtakarlıqlar etməyə çalışır.Həmin pay torpağı mərhum prezidentimiz Heydər Əliyevin imzası ilə bizim ailəyə veriblər.Cavabdeh Gündüz Mahmudov həyat yoldaşım öləndən sonra həmin qanunu torpağımızı zəbt edib üzərindəki ağaclarının meyvəsini hər il satıb küllü miqdarda qazanc əldə edir.Ortada qanunu qüvvəyə minib icraya yönəlmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdeh yenədə zəbt etdiyi bizə məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edir ki, bunun bütün məsuliyyəti icra şöbəsinin rəisi İlqar Abdurrəhmanovun üzərinə düşür.

Necə olur təxminən bir ay öncə məhkəmə qətnaməsini icra etməyən Kəmaləxanım Əsgərova adlı müəllimə olan qadının barəsində inzibati həbs seçilməsi üçün əldən ayaqdan gedən İlqar Abdurrahmanov Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsini icra etmək istəmir.Hansı ki,həmin müəllimə buna görə 10 gün inzibati həbs edildi. İlqar Abdurrəhmanovun saxta əməlləri nəticəsində Konstitusiyanın müddəaları pozulmuş qanunlarımız hörmətsiz olmuşdur. İlqar Abdurrahmanov vəzifəsini dövlət qanunları ilə yox öz qaydaları ilə icra edir.Artıq bizim ailə İlqar Abdurrahmanovun cinayət əməlləri barədə prezidentə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Ədliyyə Naziri cənab Fikrət Məmmədov 30 sentyabr 2016-cı il tarixdə Ağcabədi rayonunda vətəndaşların qəbulun keçirəcək. Həmin günü məni ağbirçək ananı qəbul etməsi üçün cənab Fikrət Məmmədova artıq müraciət göndərmişəm və Ağcabədi rayonuna qəbula gedəcəyəm. Prezident cənab İlham Əliyevdən, hörmətli Mehriban xanımdan , Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan xahiş edirəm ədliyyə nazirliyinin üz qarası olan Göyçay rayon icra şöbəsinin korrupsioner rəisi İlqar Abdurrahmanovun barəsində ciddi tədbirlər görəsiniz".

teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.