Balakəndə 5 bal gücündə zəlzələ baş verib

7-09-2016, 23:31           
Balakəndə 5 bal gücündə zəlzələ baş verib
Balakən rayonunda zəlzələ baş verib.

"Report"un şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində, saat 21:10 radələrində iki dəfə qeydə alınıb.

Yerli mütəxəssislərin fikrincə, zəlzələ 5 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.

Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanların 3-4 bal gücündə olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.