Zərdab rayon Gödəkqobu kəndində bələdiyyə özbaşınalığı - ŞİKAYƏT
9-09-2016, 09:26
teref.aznun elektron poçtuna gələn Zərdab rayon sakinlərinin şikayət məktubunu sizə təqdim edirik:
Zərdab rayon Gödəkqobu kənd sakinləri tərəfindən
ŞİKAYƏT
Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyatrov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə əmlakını şəxsi malı kimi talan edir.Bu səbəbdən Gödəkqobu kənd yolları yararsız vəziyyətdədir.Örüş torpaqları satılıb.Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarovun qanunsuz əməllərinin üstü Göyçay Regional Ədliyyə Şöbəsinin rəisi Ruslan Osmanlı öz maraqlarına görə ört-basdır edir.Hansı ki, biz şikayət ərizəsi ilə Göyçay Regional Ədliyyə Şöbəsinə müraciət edib Kapitay İxtiyarovun 2016-cı il tarixə fəaliyyətinin yoxlanılmasını xahiş etmişik.Ancaq öz şəxsi maraqlarını dövlət qanunlarından üstün tutan Ruslan Osmanlı yaramaz bələdiyyə sədrinin 2013-2014-cü illərə olan fəaliyyətini yoxlaması barədə bizə cavab məktubunda bildirmişdir.Yoxlama kənddə yerində aparılmalı olduğu halda Ruslan Osmanlının mebelli-kondisionerli kabinetində aparılmışdır ki, bu qanunsuzluqdur.Kənd ərazisində olan kanallar zir-zibildən təmizlənmir.Kənddə 3 yerdə təbii axmaz göllər var ki, ümumi olaraq təxminən 45 hektar ərazini əhatə etsədə sənəddə saxtakarlıq edilərək 22 hektar qeyd edilmişdir.Bu açıq -aşkar saxtakarlıq cinayətidir ki, Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyarov törədib.Kənd sakinləri təbii göldən istifadə edə bilmirlər.Hansı ki, həmin gölün icarə sənədləri saxtadır.Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəliyinin sədri Müzəffər İxtiyarov bələdiyyə sədri Kapitay İxtiyarovun əmisidir.İcra Nümayəndəsinin müavini Xətai Novruzov isə həmin saxta icarə müqaviləsi ilə təbii gölü zəbt etmiş Bayram Novruzovun oğludur.Vəzifə səlahiyətlərindən sui-istifadə edən İxtiyarovlar və Novruzovların qanunsuz fəliyətləri nəticəsində kənd sakinləri çox əziyyət çəkirlər.Onların barələrində heç bir tədbirlər görülmür.Kənd İcra Nümayəndiliyinin müavini Xətai Novruzov açıq -aşkar bizə bildirir ki, Zərdab rayon icra başçısına 5000 manat pul vermişəm, buna görə də göldən ancaq biz istifadə etməliyik.Qeyd edək ki, həmin təbbi axmaz gölün birini saxta sənədlə 8 hektar qeyd edib Xətai Novruzovun atası Bayramın icarəsinə veriblər.Əslində isə həmin göl təxminən 16-18 hektar ərazini əhatə edir.Həmçinin gölün yaxınlığında olan kollektoru da Bayram Novruzov zəbt edibdir.Bu barədə ortada sənədin olmasına baxmayaraq heç bir tədbir görülmür.Biz dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişik ki, kənd ərazisində olan göllər Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ölçülsün. Çünki həmin 3 təbii göl qeyd etdiyimiz kimi 45 hektar ərazini əhatə edir ancaq sənəddə 22 hektar qeyd edilib.Adicə metrə ilə ölçəndə bunu aydın etmək olur.Biz Gödəkqobu kənd sakinləri dədə-babadan həmin təbii göldən istifadə edib balıq tutub, ov edib ailəmizi dolandırmışıq.İndi bir qrup vəzifə saxtakarları talançılıqla məşğul olub kənd camaatına zülm edirlər.Bu cinayət əməlləri araşdırılmalı və cavabdeh vəzifəli şəxslər məsuliyyətə cəlb edilməlidirlər.Cənab Prezident kənd təsərrüfatının inkişafı üçün mütərəqqi addımlar atsada buna qarşı çıxan İxtiyarovlar və Novruzovlar kimi yaramaz vəzifəli şəxslər var. Cənab Prezident xalq sizə inanır və sizin arxanızdadır.Ancaq öz maraqlarına görə vəzifə saxtakarlıqları edən şəxslər sizə, dövlətə və qanunlara qarşı çıxırlar ki, onların barəsində təcili tədbirlər görülməlidir.Sizdən xahiş edirik şikayətimizdə göstərdiyimiz qanunsuzluq faktlarını yerində bizim iştirakımızla obyektiv araşdırılıb ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Əhədov Abdulhəmid Abduləhəd oğlu
Sarıyev Qafar Qulu oğlu Mürşüdov Münasib Abdul oğlu
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az