“Bakı Metropoliteni” hansı tələblərə əməl etməyib?
13-08-2024, 00:12
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Babək Pənaov iş üzrə hakim təyin edilib. 487-ci maddədə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizindən 80 faizinədək məbləğdə cərimə nəzərdə tutulur.