Məcəllə elə yazılıb ki, biznes mütləq hardasa onu pozmağa məcbur qalır,..
13-08-2024, 12:08
Azərbaycan Respublikası Vergi Məcəlləsi 229 maddədən ibarətdir. Məcəllədə bütün maddələrin bir neçə alt maddələri də var, ele maddələr var ki, 45 (!!!) alt bənddən ibarətdir (məsələn, 221-ci maddə), yəni, çox mənasız və içi biznes üçün maneələrlə dolu olan, son 10 ildə 1000-ə yaxın əlavələr və dəyişikliklər edilən əndirabadi bir məcəllədir. Məcəllə elə yazılıb ki, biznes mütləq hardasa onu pozmağa məcbur qalır, qəsdən belə alqoritm müəyyən edilib ki, Dövlət Vergi Xidməti istənilən an, istənilən şirkətə iş aça, cərimələyə, hətta cinayət məsuliyyətinə cəlb edə bilər. Bu Vergi Məcəlləsi biznesin başının üzərindəki “Damokl qılıncı”-dır. Dəyərli seçicilər, vətəndaşlar, REAL Partiyasının namizədlərinə səs verib qalib gəlməsinə kömək etsəniz, ilk görəcəyimiz işlərdən biri yeni, kiçik, sadə və biznes-dostu Vergi Məcəlləsi layihəsi, Dövlər Gömrük Komitəsinin ləğv edilməsi ilə bağlı qanun təklifi olacaq. Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi (və ya Maliyyə Nazirliyi) tərkibində kiçik bir departament olamalıdır. Seçici aktivliyi qələbənin yarısıdır – yarısı sizdən, digər yarısı da bizdən! Natig Jafarli TEREF