Statistikanın rəqəmlərlə qarın doyurmaq cəhdi... - Maaşlar 9 ildə guya iki dəfə artıb...

13-08-2024, 10:49           
Statistikanın rəqəmlərlə qarın doyurmaq cəhdi... -
Ölkədə kağız üzərində orta aylıq əməkhaqqı sürətlə artır. Amma real həyatda bunu hiss etmirik. Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1003,3 manat təşkil etmişdi. Dövlət Statistika Komitəsi keçən ilin eyni dövrü ilə müqayisədə 9 faizdən çox artım olduğunu iddia edir. Belə xəbərlərə sadə adamların yazdığı rəylər, adətən, qəzəbli olur. Ən yaxşı halda maaşın artması rişxənd predmetinə çevrilir. Çünki insanlar həyatında həmin artımı hiss etmir.
Bizimyol.info xəbər verir ki, rəsmi rəqəmlərə görə, paytaxtda orta aylıq nominal əməkhaqqı hətta 1300 manata yaxınlaşır. Halbuki iş təkliflərinin əksərində 500-600 manat qeydini görürük. Maaşlar bu qədər artıbsa, niyə bunu biz hiss etmirik?

Dövlət Statistika Komitəsi son 9 ildə orta aylıq nominal əməkhaqqının iki dəfədən çox artdığını bildirir. 2025-ci ilin yanvar-may aylarında orta aylıq məvacibin 454,8 manat olduğu açıqlanmışdı. Guya bu müddətdə 2,2 dəfə artım olub.

Rəsmi rəqəmlər deyir ki, 2016-cı ildə 7,6, 2017-ci ildə 6,3, 2018-ci ildə 4, 2019-cu ildə 24,9, 2020-ci ildə 0,7, 2022-ci ildə 14, 2023-cü ildə 11,1, 2024-cü ildə isə 9,4 faiz maaş artımı qeydə alınıb. İnflyasiya rəqəmləri daha aşağı göstərilir. İddia olunur ki, bu müddətdə ümumi inflyasiya heç 65 faizə çatmayıb. Bir növ maaş artımının inflyasiyanı geridə qoyduğunu iddia etmək istəyirlər. Araşdırmalar, hesabatlar, adicə ekspert müşahidələri vəziyyətin heç də belə olmadığını ortaya qoyur.

Təkcə son iki il ərzində şəkər tozunun qiyməti iki dəfədən çox artıb. İstehlak səbətinə daxil olan istənilən məhsulun müqayisəsini apara bilərik. Heç şübhəsiz, son illərdə qiymət artımı iki dəfədən çox olub. Son 9 ilin müqayisəsi isə durumun nə dərəcədə pisləşdiyini əyani göstərir. İnflyasiya qat-qat çox olub. Sadəcə, bu, rəsmi məlumatlarda əksini tapmayıb.

Nə vaxta qədər belə statistikalarla cəmiyyəti adlatmağa çalışacağıq, bilinmir. Əslində, gerçək mənzərə ortaya qoyulmalı, vəziyyətdən çıxış yolu müzakirə edilməlidir. Rəqəmlərlə qarın soymur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.