Deputat od püskürdü: “Ailələr toy edə bilmir…” – Video

10-09-2016, 23:30           
Deputat od püskürdü: “Ailələr toy edə bilmir…” – Video
Belə davam edə bilməz. vətəndaşlar övladlarına toy etməkdə çəkinir.

Vizual.Az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Məlahət İbrahimqızı toylarda davam edən israfçılığa münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən problem yas mərasimlərində aradan qaldırılsa da, toylarda dəyişiklik olmayıb:

"İnsanlar hansı şadlıq evinə üz tutursa, eyni vəziyyətlə qarşılaşır. Çox şükür ki, yas mərasimləri tənzimləndi. Buna nəzarət edən yoxdur. Xalq özü nəzarət edir. Toylara da bunu şamil etmək lazımdır”.

Qeyd edək ki, şadlıq sarayları müştərilərin öz büdcələrinə uyğun menyu seçməsinə imkan vermir. Toy sahibinə standart menyu təqdim edilir, masaya oxşar salat və isti yeməkləri düzməklə qiyməti şişirdirlər.

Xəzər xəbər-in məlumatına görə, "Toy mərasimləri haqqında” qanunun qəbulu uzun müddətdir müzakirə mövzusu olsa da, hələ ki, belə bir sənədi qəbul etmək mümkün olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru