Tələbələri təhqir edən icra başçısının hədiyyəsini özünə qaytardılar - Foto

11-09-2016, 02:51           

Son illər ali məktəbə qəbul prosesində yüksək nəticə göstərən məzunların mükafatlandırılması ənənə halını alıb

Bir sıra şəhər və rayonlarda yeli rəhbərlik yüksək bal toplayan məzunları bahalı hədiyyə və pul mükafatı ilə sevindirir. teref.az-nun yazdığı kimi, bu ənənə Lənkərandanda yan keçməyib. Lakin Lənkaran icra başçısının etdiyi jest tələbələri sevindirməkdənsə məyus edib. Belə ki, rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla ali məktəbə qəbul olunan Lənkəranlı gənclərin görüşü təşkil olunub. Tələbə adını qazanan gənclər bir sıra ucqar kəndlərdən belə rayon mərkəzinə gəlib.
Tələbələri təhqir edən icra başçısının hədiyyəsini özünə qaytardılar - Foto
İcra başçısı böyük bir nitq söyləyəndən sonra 600 baldan çox nəticə göstərən abituriyentlərə qiyməti 20 manat dəyərində olan elektirik çayniki hədiyyə edib.

teref.az yazır ki, gununsesi.info-nun əldə etdiyi məlimata görə, tələbələrdən bir neçəsinin valideyni həmin çayniki elə icra hakimiyyətinin inzibati binasında qoyaraq, oranı tərk edib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.