"Həkim Sevinc Mirzəyeva məndən dələduzluq yolu ilə almış 5400 manat zərəri..." ŞİKAYƏT

14-09-2016, 08:17           

teref.az-nun poçtuna həkimin xəstəni aldadaraq pullarını mənimsədiyi iddiası ilə şikayət daxil olub.Şikayətçi prezidentdən köməkumur!
Şikayətçi prezidentə müraciətində yazır:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.
CƏNAB İLHAM ƏLİYEVƏ.

AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRİ
CƏNAB OKTAY ŞİRƏLİEVƏ.

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU
CƏNAB ZAKİR QARALOVA.

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ
CƏNAB RAMİL USUBOVA.

AZƏRBAYCAN RESPUBLİKASININ DİGƏR BÜTÜN DÖVLƏT VƏ MƏTBUAT ORQANLARINA.

Biləsuvar rayon Çinarlı kəndində yaşayan Quliyev Zahid Özbək oğlu tərəfindən.

Şikayət ərizəsi

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, oğlum Quliyev Kənan Zahid oğlu ağır yataq xəstəsidir, oğlumun müalicəsi üçün hər zaman çıxış yolu axtarırdım, 2014-cü ildə televiziya verlişlərinin birində Sevinc Mirzəyeva adlı həkimin çıxışını izlədiyim zaman oğlumun müalicəsini edəcəyini zənn edərək telefon nömrəsini götürdüm, əlaqə saxladım və onunla görüşüm, Kənan adlı oğlumun müalicəsi üçün ilkin 5400 manat pul istədi və mən həmin pulu kredit götürüb verdim və sonradan 800 manat pulda lazım olduğunu bildirdi, mənim isə 500 manata gücüm çatacağını bildirdim, 500 manat verdim, həkim Sevinc Mirzəyeva cəmi 5400 manat pul vermişəm, bütün bu pulları ATU-nin Cərahiyyə korpusunun həyətində şəxsən qardaşım İlham Sevic xanıma vermişdim. Sonradan bir müddət keçdi heç bir müalicə işi aparmadılar, mən isə məcbur qalıb Nəsimi RPİ-nə müraciət etdim ki, mənim dələduzluqla alınan pulumu qaytardırım, lakin burdada polis baş leytenentı Kənan Əliyev formal xarakterli araşdırma aparmışdır və mənə qarşı dələduzluq edən həkim Sevinc Mirzəyevaya başlanacaq cinayət işini rədd etmişdir. Araşdırma nəticəsində qərarda göründüyü kimi həkim bu pulu aldığını inkar edir, lakin bu tamamilə yalandır mən pulu Sevinc Mirzəyevaya bir neçə qohumlarımın yanında qardaşım İlham şəxsən vermişdir. Hətda qeyd etmək istəyirəm ki, 2 ildir mənə dəyən zərələ və bank ödənişləri ilə əlaqədar oğlumu müalicə etdirə bilmirəm.

Sizdən xahiş edirəm ki, ərizəyə əlavə etdiyim sənətləri, oğlumun səhətini, şəkillərini nəzərə alasınız, Nəsimi RPİ-nin araşdırma qərarını rədd edəsiniz, yenidən araşdırılmasına göstəriş verəsiniz və həkim Sevinc Mirzəyeva məndən dələduzluq yolu ilə almış 5400 manat zərərin ödənilməsinə köməkdarlıq edəsiniz.
Diqqətinizə görə minnətdaram.
12.09.2016-cı il. İmza: Quliyev Zahid Özbək oğlu.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az
























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.