Bərdə sakini prezidentə müraciət etdi: " Mən ürəkdən əməliyyat olunmuşam.Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir,yüksək təzyiqim var və bronxitəm."

14-09-2016, 12:06           
Bərdə sakini prezidentə müraciət etdi: " Mən ürəkdən əməliyyat olunmuşam.Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir,yüksək təzyiqim var və bronxitəm."
teref.az-nun elektron poçtuna Bərdə sakini, 2 ci qrup Qarabağ əlilinin prezidentə müraciəti daxil olub.
Şikayətçi prezidentə müraciət edərək yazır:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surət: Bərdə rayon İcra Başçısı cənab Vidadi İsayevə

1951-ci ildə Bərdə rayonunda anadan olmuşam,ali təhsilliyəm,Qarabağ
müharibəsi veteranıyam, II qrup əliləm, ailləliyəm- 7 nəfər ailə üzvüm
var,təqaüdçüyəm.Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Fətəliyev
Cəmil Fətəli oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Prezident!
Mən,ali təhsilliyəm, Qarabağ müharibəsi veteraniyam,ailələm.Təbriz şəhərində ürəkdən əməliyyat olunmuşam.Qaraciyərimdə serroz var. Böyrəklərim xəstədir,yüksək təzyiqim var və bronxitəm.
Həyat yoldaşım xəstədir.2 dəfə əməliyyat olunub.1-ci dəfə Bakı şəhərində Onikoloji xəstəxanada,2-ci dəfə isə Təbriz şəhərində müalicə olunmuşdur.Özü də şəkər,ürək, yüksək təzyiq və onikoloji xəstədir.
Hörmətli Prezident! Demək olar ki, bizim günümüz həkimlərdə, xəstəxanalarda, apteklərdə keçir.Biz sizin və Bərdə Rayon İcra Başçısı Cənab Vidadi İsayevin etdiyi köməkliyi sayəsində bu xərcləri birtəhər veririk.Mənim bundan heç bir şikayətim və tələbim yoxdur.Buna görə də biz sizə öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.O bir allahdan arzu edirik ki, həmişə sağlam canla prezident olasıniz.Siz ulu öndərimizin layiqli davamçısısınız.
Hörmətli Prezident! Ancaq mənim oğlum Fətəliyev Murad Cəmil oğlu 2003-cü ildə Bakı şəhərində Azərbaycan Kooperasiya Universitetini bitirmiş və ali təhsil almışdır.Oğlum Murad Fətəliyev ailəlidir,7 nəfər ailə üzvü var.Beyləqan rayonunda döyüş bölgəsində, hərbi xidmətini başa vurmuşdur.Hazırda heç bir yerdə işləmir.
Oğlum Murad Fətəliyev, işsizliyi barədə Bərdə rayon İcra başcısı cənab V.İsayevə və Bərdə Rayon Məşğulluq Mərkəzinə bir neçə dəfə ərizə ilə müraciət etmişdir.Lakin bugünə kimi heç bir cavab almamış və nəticəsi olmamışdır.
Oğlum Murad Fətəliyevin 34 yaşı var.Bəs ona nə vaxt iş verəcəklər ki, o, işləyib 7 nəfər ailəsini dolandırsın və yaşamağa özünə ev tikdirsin?Biz də bilmirik ki, verilmiş təqaüd pullarımızla özümüzü müalicə etdirək, dərman alaq, həkimə verək, yoxsa oğlum Muradın özünün və 7 nəfər ailə üzvünü saxlayaq.Bizə çox çətindir yaşamaq və dolanmaq.Nəyə gorə?
İndi rayonda olan bəzi vəzifəli məmurlar, pulumuz olmadığına görə bizə nə iş, nə də icarəyə torpaq vermirlər.Deyirlər hamısı, yəni pul, torpaq, vəzifə, bizim və qohumlarımızın olsun.Heç ərizəmizdə qanunla baxıb cavab vermirlər və köməklik əvəzinə ərizələrimizi göndərirlər Məşğulluq Mərkəzinə.
Bizim də ömrümüz yuxarıda göstərdiyim kimi bu cür xəstəliklərlə bugün-sabahlıqdır. Bəs oğlum Murada nə vaxt iş verəcəklər,bilək ki, bizdən sonra o ailəsini saxlaya biləcək.Rayonda olan məmurlar bugün-sabah Murada iş verəcəklər deyərək 8 ildir ki, bizi aldadırlar. Bərdə rayon İcra Başçısının birinci müavini V.Qarayev deyir ki, iş yoxdur.Əgər iş yoxdursa, bu 8 ildə yoxlayın görün neçə nəfərə iş və icarəyə torpaq veriblər. Əksəri də öz adamları və qohumlarıdı.Axı biz, torpaqlarımızın bütövlüyü, dövlətçiliyi, müstəqilliyi uğrunda qanımızı, canımızı və sağlamlığımızı qoymuşuq.Budurmu Qarabağ veteranına qoyulan qayğı və köməklik?!
Hörmətli Prezident! Odur ki, Sizdən xahiş edirik, oğlum Murad Fətəliyev ailəsini dolandırmaq üçün təhsilinə münasib işlə təmin olunmasına köməklik göstərəsiniz.
İmza: Fətəliyev Cəmil Fətəli oğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.