"Şəki İpək" ASC-dən ittihamlara ittiham dolu reaksiya - "...anonimçi ara qarışdırmaq məqsədi güdür"

14-09-2016, 12:52           
"Şəki İpək" ASC-dən ittihamlara ittiham dolu reaksiya - "...anonimçi ara qarışdırmaq məqsədi güdür"
12.09.2016-cı il tarixdə “Şəki-İpək” ASC haqqında yazılan anonim müraciətə qurumdan cavab verilib. DİA.AZ-a daxil olan cavab məktubunda deyilir:

"Müraciətdə göstərilənlərin heç bir əsası yoxdur.

1. Arif İbrahimov “Şəki-İpək” ASC-dən 2016-cı ildən deyil, 2015-ci ildən işdən azad olunub. Arif İbrahimovun Səhmdar Cəmiyyətindən azad olunmasından sonra bu müəssisənin işinə qarışmamış və qarışmaq səlahiyyəti də yoxdur.

2. İşçilərin kütləvi yazması anonim sayılır. Əgər yazdıqları doğrudursa nə üçün adları və soyadlarını yazmayıblar. Düzgün işi yazırsansa nədən qorxursan. Qorxulu iş odur ki, yazdıqların yalan olar və sübüt edə bilməyəsən.

3. Müəssisə həqiqətən ipəklə işləyən sahələrini 2015-ci ilin iyul ayından dayandırmağa məcbur oldu. Belə ki, Respublikada barama tədarük olunmadığı üçün xammal kimi xam ipək də istehsal olunmadı.

4. Müəssisədə ipəklə işləyən sahələr dayanan zaman pambıq mahlıcı qalığı var idi və bu mahlıcdan pambıq ipliyi emal edilərək ixrac olunmuş müəssisənin əvvəlki vaxtlardan qalan borcları ödənilmişdir. Qalan istehsalatın işçiləri xammal çatışmamazlığı səbəbindən müvəqqəti ödənişsiz məzuniyyətə buraxılmışlar. Eyni zamanda idarədə çalışan bir qrup mütəxəssis və xidmətedici heyətlər, ödənişsiz məzuniyyətə buraxılmışlar. Buraxılmayan bir neçə rəhbər işçilər 2015-16-cı ilin qış aylarında işıqsız (müəssisəyə enerji verilişi dayandırılmışdır), soyuqda müəssisənin elektronika avadanlığının generatorla boş işlədərək gələcəkdə işləməsi mümkün olsun deyə çalışmışlar və davamiyyətli olaraq istirahət günləri daxil olmaqla avadanlıqları saz vəziyyətdə saxlamışlar. Bundan başqa işdə olan işçilər “Aqrarkredit” QSC-yə hər gün müəssisənin gələcəkdə işləməsi üçün təklif və hesabatlar hazırlayıb vermişlər. Verilmiş məlumat və hesabatlar “Aqrarkredit” QSC-nin rəhbərliyi tərəfindən aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılmışdır.

5. Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcüd olduğunu nəzərə alaraq ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı ildə Respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin və İran Respublikalarından 49,5 kq ipək qurdu toxumu alınaraq Qax Damazlıq Stansiyasında dirildilib Respublikanın 24 rayonuna paylanmışdır. Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli şəxsləri, rayonların rəhbərləri, Səhmdar Cəmiyyətinin mütəxəssislərinin birgə apardıqları iş sayəsində heç vaxt görünməyən 1 kq qurd toxumuna görə yüksək miqdarda keyfiyyətli cəmi 70,7 ton barama məhsulu tədarük olunmuşdur. Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən illərdir işləməyən istehsalat sahələrini, işçi qurğularını, barama boğub qurudan sahəni təmir edərək işə salınması təmin edilmişdir. Barama tədarükü

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri, rayonların icra başçıları və müavinləri “Aqrarkredit” QSC-nin işçilərinin iştirakı ilə “Şəki-İpək” ASC-nin nümayəndləri tərəfindən tam şəffaflıqla tədarük olunmuşdur. Əlbəttə imzasız, adsız anonim yazan bu müəssisə üçün yaramayan kadrlar (özlərini kadr hesab edirlər) bu düzgün işə nə yazmalı idilər. Qeyd edək ki, bu yazıda yazılanların heç bir müəssisədə işləyən və işləməyən fəhlələrə aidiyyəti yoxdur. Barama tədarükü və istehsalatların işə salınması zamanı əsas ödənişsiz məzuniyyətdə olan fəhlələr çağırılmışlar. Bu yazını yazan anonimçi müəssisənin işinə yaramayan müəssisə var gücü ilə belə işləsə lazımsız idarədə baş girləyənlərdir. Bunu əsaslandırmaq üçün deyə bilərik ki, baramaaçan istehsalatını işə buraxan zaman yarım ay bu sahəni bilən peşə adamları axtarlanıb. Hal-hazırda tadərük olunan baramanın hesabına müəssisənin bütün istehsalatları işləyir və tədarük olunan baramadan gözləniləndən artıq məhsul istehsal olunacaqdır. Müəssisədə yalnız xalça sexi işə salınmamışdır. Bu sexin də işə salınması baramanın tam istehsal prosesi başa çatdıqdan sonra nəzərdə tutulur.

6. Anonimdə “Aqrarkredit” QSC-dən alınmış 200 və 500 min manat kreditdən yazılmışdır. 200 min manat kredit alınıb pambıq mahlıcı üçün. Pambıq mahlıcından pambıq ipliyi istehsal olunaraq ixrac edilmiş və bu hesaba vaxtı keçmiş əmək haqqı, vergilər, enerji və digər kommunal xidmətlər ödənilmişdir. Əlavə olaraq kreditin faziləri və 114 min manat kreditin əsas borcu qaytarılmışdır. “Aqrarkredit” QSC-dən 500 min manat deyil, 400 min manat barama tədarükü üçün alınmışdır. Barama tədarükü, daşınması, boğulub qurudulması, müəssisənin işə salınması üçün təmir işlərinə isə 600 min manat xərc çəkilmişdir. İstehsal olacaq məhsulların satışı hesabına alınmış kreditlərin tam ödənilməsi mümkün olacaqdır.

7. Digər rəhbərin şəxsi davranışı ilə anonimdə gedən fikirlər tam yanlışdır. Sadəcə olaraq anonimçi ara qarışdırmaq məqsədi güdür. Buna misal olaraq bildirmək olar ki, bu müəssisədə çalışan işçilər həmişə çoxmillətli olub hamısı bir birinə yaxın olub və hal-hazırda da belədir. İşçilər bu gündə bilmirlər və axtarmırlar ki, kim hansı dinə, əqidəyə məxsusdurlar. Belə mövzülar lazımi orqanlar tərəfindən araşdırılıb insanlar arasında zidiyyət aparan anonimçi tapılaraq qanuni ölçü götürməlidirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.