İki məktəbdə hər şagirddən 5 manat tələb olunur

14-09-2016, 20:00           
İki məktəbdə hər şagirddən 5 manat tələb olunur
Təhsil Nazirliyi: "Təhsil müəssisələrində hər hansısa vəsaitin yığılmasına icazə verilmir”

Nəsimi rayon 14 saylı məktəbdə və Abşeron rayonu İ.Yusifov adına Görədil kənd tam orta məktəbində müəllimlərin şagirdlərdən 5 manat məbləğində vəsait yığdığı bildirilir.

Bu barədə "Bizim Yol”-a vətəndaşlar tərəfindən göndərilən müraciətdə bildirilib. Həmin vəsatinin tədris müəssisələrinin təmir işlərinə xərclənəcəyi bildirilib.


İddia ilə bağlı Təhsil Nazirliyi sorğu göndərdik. Bu qurumdan bildirildi ki, təhsil müəssisələrində hər hansısa vəsaitin yığılmasına icazə verilmir. Valideynlərlə bu kimi hallarla bağlı "Qaynar xəttə" müraciət edə bilərlər.


Qeyd edək ki, məktəblərin təmiri və yenidən qurulması "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.