Şəhid anası sığorta pulunu ala bilmir

14-09-2016, 23:46           

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Aydın Dəmirovun anası Firuzə Dəmirova 11.000 manat məbləğində sığorta ödənişini ala bilmir.
Məhkəmə inistansiyaları da şəhid anasına ödənilməli olan sığorta ödənişinin ödənilməsi vəzifəsini Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) üzərinə qoyub. Amma dövlət şirkət dövlət adına çıxarılan qərarı icra etməməkdə davam edir.
Binəqədi rayon məhkəməsi 31 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Dəmirov Firuzə Allahverdi qızının cavabdeh “Azərsığorta”ya qarşı “dövlət icbari sığorta ödənişinin verilməsi” tələbini təmin edib.
Ərizədə bildirilir ki, Dəmirov Aydın Hüseyn oğlu 05.03.1993-cü il tarixində Tovuz rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. 8 gün sonra şəhid olub. Oğlunun qanun üzrə varisi kimi ona ödənilməli olan sığorta məbləğini ala bilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.