Dövlət qurumu bankların bağlanması xəbərlərinə aydınlıq gətirdi

15-09-2016, 18:23           
Dövlət qurumu bankların bağlanması xəbərlərinə aydınlıq gətirdi
"Azərbaycanda hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulyasiyalar əsassızdır".

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurasının Azərbaycanın IV maddə üzrə icmalının nəticələrinə əsasən ölkədə bir neçə bankın bağlanacağı ilə bağlı məlumatlara münasibətində deyilir.

"Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat Fondun iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağırılmış 2 bankın ləğvetmə prosesin başladıq. Bu proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır", - deyə məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru