Elmar Qasımov nazirlə niyə yola getmir? - Bu dava ona problem yarada bilər...

16-09-2016, 13:04           
Elmar Qasımov nazirlə niyə yola getmir? - Bu dava ona problem yarada bilər...
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla Təhsil Naziri Mikayıl Cabbarov arasında gərginlik var. Bu barədə DİA.AZ-a TN-dəki mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, bu gərginlik özünü bir neçə gün əvvəl də göstərmiş oldu. Belə ki, qardaş Türkiyədəki antiFETÖ hərəkətlənməsinə adekvat olaraq rəsmi Bakının da gördüyü tədbirlər sırasında Azərbaycandakı Qafqaz Universiteti ilə bağlı atılan addımlar fonunda Mikayıl Cabbarovla Elmar Qasımov növbəti dəfə üz-üzə gələsi oldular.


Mənbənin dia.az-a söylədikləri: "Elmar Qasımov çalışsa da Qafqaz Universitetinə rəhbərliyi əlində saxlaya bilmədi. Halbuki Fətullah Gülən cameəsinin nəzarətindəolan Qafqaz Universiteti ilk əvvəl Bakı Ali Neft Məktəbinin tabeçiliyinə verilmişdi. Və Elmar Qasımov da ora öz "bayrağını sancmış" kimi görünürdü. Lakin sonradan Mikayıl Cabbarovun müdaxiləsi öz bəhrəsini verdi. Qafqaz Universitetinin BANM-dən asılılığı ləğv olundu və Texniki Universitetin rektoru Qafqaz Universitetinə rəhbər göndərildi".


Mənbə xatırladır ki, Elmar Qasımov təkcə nazirlə yox, eyni zamanda Neft Akademiyasının rektoru Mustafa Babanlı ilə də yola getmidri: "Təbii ki, bütün bu intriqalar enində-sonunda özünü yerli KİV=lərdə ciddi-cəhdlə reklam edən və sanki SOCAR rəhbərliyinə "bax, verdiyiniz pulların halallığını alıram" kimi jestlərdə bulunan Elmar Qasımov üşün yaxşı nələrisə vəd etmir".
Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.