"Procter & Gamble" sehri - Ştrix kod Almaniyanın, məhsul Türkiyənin, satış yeri Bakı

16-09-2016, 18:18           
"Procter & Gamble"  sehri - Ştrix kod Almaniyanın, məhsul Türkiyənin, satış yeri Bakı
Bakı sakinlərindən biri Milli.Az-a müraciət edərək maraqlı halla qarşılaşdığını bildirib.

Onun sözlərinə görə, metronun "Əhmədli" stansiyasının yaxınlığındakı apteklərdən birində uşaq bezi alıb. Bezin qutusunun üstündə "Made in Turkiye" yazılsa da, məhsulun barkodu Almaniyaya məxsusdur. Bu isə insanda uşaq bezinin orijinallğına, eyni zamanda təmizliyinə şübhə yaradır.

Məsələ ilə bağlı məhsulun istehsalçısı olan "Procter & Gamble" şirkətinin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Şirkətdən Milli.Az-a bildirdilər ki, medianın suallarını cavablandıra biləcək heç kim yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru