Beyləqanda Vaqif Abdullayevlə bağlı daha bir qalmaqal - İDDİA
16-09-2016, 18:33
Xuraman Rüstəmova direktorlardan 11 min manatdan artıq pul toplayıb və topladığı pulları şəxsən özü Vaqif Abdullayevə təqdim edib. İcra başçısı isə ali məktəbə qəbul olunan tələbələrə hədiyyə alınmasl üçün məktəb direktorlarından yığılan pulu cibinə qoyub..
Beyləqanın icra başçısı yenidən rayonda dedi-qodu və “lətifə” qəhramanına çevrilib. Beyləqandan MilliYol.az-a saytına daxil olan məlumata görə sentyabrın 6-da Vaqif Abdullayev Beyləqandan ali məktəblərə daxil olan tələbələrlə görüş keçirib. Bundan əvvəl isə icra başçısı Beyləqan Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovaya tapşırıq verib ki, tələbələrə hədiyyə almaq üçün hər bir məktəb direktorundan 200 manat alsın. Xuraman Rüstəmova da başçı səviyyəsində ona verilən tapşırığı vaxtında həyata keçirib və Beyləqandakı mənbə iddia edir ki, Xuraman Rüstəmova direktorlardan 11 min manatdan artıq pul toplayıb və topladığı pulları şəxsən özü Vaqif Abdullayevə təqdim edib. Və Xuraman xanım gözləyib ki, icra başçısı görüşdə doğurdan tələbələrə hədiyyə təqdim edəcək.
Lakin görüş zamanı heç bir tələbəyə heç bir hədiyyə filan təqdim olunmayıb. İcra başçısı çıxış edərək tələbələri təbrik edib, onlara uğur arzulayıb və bəzi tövsiyyələr verib. Vəssalam. Görüş bitdikdən sonra isə bir çox direktorlar Xuraman Rüstəmovaya yaxınlaşaraq verdikləri pulu soruşublar və Xuraman xanımda öz növbəsində puları icra başçısına verdiyini bildirib.
Mənbə bildirir ki, bundan sonra bəzi direktorlar məsələni bir çox dost-tanışlarına danışıblar və baş verənlər sürətlə bütün Beyləqana yayılıb. Hazırda bir çoxları bu məsələni lətifəyə çeviriblər və demək olar ki, bütün çayxanalarda, insanların ioplaqdığı hər yerdə bundan danışıb gülürlər.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Qeyd edək ki, Vaqif Abdullayevin adı belə qalmaqallarda tez-tez hallanır və beyləqanlılar öz icra başçılarının belə məziyyətlərinə artıq öyrəşiblər. Ona görə də Vaqif Abdullayevin pul toplamaq üçün baş vurduğu belə “tryuklarını” bir qayda olaraq gülüşlə qarşılayırlar.