Samir Şərifovun Beynəlxalq Bank müəmması: “Nazir bütün suallara mütləq cavab verilməldir”
17-09-2016, 00:47
Beynəlxalq Bankın sabir sədri Cahangir Hacıyevin məhkəmə prosesi mətbuatda və eyni zamanda ictimaiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Sözügedən məhkəmə prosesində səsləndirilən hər bir ittiham sonradan böyük səs-küyə səbəb olur. Bu baxımdan Cahangir Hacıyevin maliyyə naziri Samir Şərifov haqda səsləndirdiyi ağır ittihamlar böyük maraq doğurur.
Məsələ ilə bağlı Cümhuriyyət.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Beynəlxalq Bank dövlət bankı olduğuna görə, onun bütün fəaliyyətinə nəzarəti həyat keçirəcək əsas orqan Maliyyə Nazirliyidir. ƏLbəttə, BB- də doğrudan da qanun pozuntuları olub. Amma nəyə görə Maliyyə Nazirliyi(MN) vaxtında buna müdaxilə etməyib və ya hər hansı şəkildə buna etiraz və ya düzəlişləri olmayıb? Bu sualların cavabı çox maraqlı olardı. Nazir Samir Şərifovun bu suala cavab verməsi çox vacibdir. Beynəlxalq Bankdaki qanunsuzluqlara MN-nin Müşahidə Şurasının (MŞ) hər hansı bir müdaxiləsi olmayıbsa, bu da suallar yardır ki, nəyə görə bu baş verməyib. Çünki hər hansı bir qanun pozuntusu Müşahidə Şurasında müzakirə olunub, ona qarşı adekvat tədbirlər görülməli idi. Bu, baş verməyib. Ona görə də, C. Hacıyevin məhkəmədə səsləndirdiyi suallarda həqiqət payı var. Maliyə naziri S.Şərifov da mütləq bu suallara cavab verməlidir ki, nəyə görə bu hadisələr Maliyyə Nazirliyinin nəzarətindən kənarda qalıb? Kənardamı qalıb və yaxud da MN bunun iştirakçısımı olub suallarına aydınlıq gətirilməldir. Bu baxımdan düşünürəm ki, məhkəmə prosesi və orada səsləndirilən fikirlər ciddi ictimai marağa və müzakirələr səbəb olduğu üçün S. Şərifov bütün suallara mütləq cavab verilməldir. Bununla da həm cəmiyyət bilgiləndirilməlidir, həm də istintaq prosesinin obyektivliyi təmin olunmalıdır. Yəni S.Şərifov C.Hacıyevin ittihamlarına açıq şəkildə münasibət bildirməli və bütün suallara aydınlıq gətiməlidir. Ona görə ki, onun fəaliyyəti haqda çox ciddi iddialar və ittihamlar səsləndirilir”.