136 saylı məktəbin direktorunun gecə görüşü...

19-09-2016, 01:27           
136 saylı məktəbin direktorunun gecə görüşü...
Təhsilin keyfiyyətinin artırılması, maddi-texniki bazanın yaradılması istiqamətində dövlət səviyyəsində nə qədar addımlar atılsa da, bəzi işbilməyən məktəb direktorlarının «fəaliyyətləri» sayəsində təhsildə irəliləyiş elə də ciddi nəzərə çarpmır. Çünki bəzi məktəb direktorları şagirdlərə gələcəyin savadlı kadrı kimi yox, bu günün gəlir mənbəyi, kapital yığımı kimi baxırlar. Bu isə, təbii ki, ciddi məqamlardan xəbər verir. Yeni dərs ilinin başlaması ilə bir sıra orta məktəblərdə qanunsuz əməllərə artıq yol verilməyə başlanılıb. Bu sarıdan Xəzər rayonunda yerləşən 136 saylı orta məktəb deyəsən öndə getməyə çalışır. Belə olmasaydı, direktor Eldəniz Əkbərov qanunlar çərçivəsində addımlar atardı. Bu zaman isə nə dərs bölgüsünə görə müəllimlər arasında narazılıq yaranardı, nə də şagirdlərin dərsdən yayınmasına rast gəlinərdi. Əldə etdiyimiz məlumata görə, məktəbin direktoru hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir. Amma bu qəbul nə ilə bağlıdır, bax orasını Eldəniz Əkbərovun özündən başqa bir də onunla görüşən valideynlər gözəl bilir. Amma gundelik-baku.com-a verilən məlumata görə, bu görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz müəllim heç bir əziyyətlə üzləşməyib. Çünki onun direktor olaraq öz prinsipləri var. Və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu prinsiplər ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktoru. Əslində isə, valideynin əziyyəti olur. Çünki direktora bir neçə dəfə salam vermək məcburiyyətində qalır. Adıçəkilən məktəblə bağlı araşdırmalarımız davam etdiyindən, daha geniş yazmaq fikrindən uzağıq. Amma qarşı tərəfin mövqeyinə hörmətlə yanışırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.