Baş həkim işçilərin ezamiyyət pulunu yeyib – Ağdaşda

19-09-2016, 01:22           

Ağdaşda səhiyyəsində növbəti biabırçılıq baş verib.
Ağdaşın mərkəzi rayon xəstəxanasının tibbi personalının ixtisasartırma və təkmilləşdirmə kurslarından keçmək üçün ayrılan ezamiyyət xərcləri kurslarda iştirak edən tibb işçilərinə verilmir.
2015-ci ilin noyabr ayında Mingəçevir şəhərində 23 gün kurslarda olmuş, hər gün yola-nəqliyyata azı 3 manat xərcləmiş 15 nəfər tibb işçisi bu xərclərini geri ala bilmir.
Qeyd olunan xəstəxananın mühasibatlığından onlara bildiriblər ki, gözləməyin, olmayacaq, belə bir vəsait yoxdur.
Xəstəxanadan onlara onu da deyiblər ki, hara istəyirsiz şikayət edə bilərsiniz.
24saat.org saytına daxil olan məlumatda iddia olunur ki, tibb işçilərinə verilməli olan ezamiyyət pulunu xəstəxananın baş həkimi Nuru Nuruyev məniumsəyib.

Səslənən iddialara münasibət öyrənmək məqsədi ilə Ağdaş mərkəzi rayon xəstəxanasının (020) 23-5-50-80 nömrəli telefonuna etdiyimiz zənglər isə faydasız oldu.
Dəfələrlə etdiyimiz cəhddən sonra zəngimizə cavab verməyə məcbur olan cənab məqsədimizi bildiyi an dəstəyi yerinə asmaqla problemin həllindən yaxa qurtarmağa çalışdı…
Mövzuya qayıdacağıq…
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.