"bu “ağıllı” ideya kimin kafasına gəlib?"- Ekspertdən səlahiyyətlilərə "solaxay" suallar
29-09-2024, 12:04
Hörmətli məsuliyyətli orqanlar və şəxslər, sizə suallarım var:
1) Şəhərdə avtobus xəttlərininə bənzər xəttlər var, üzərinə GOP29 yazılıb – bu xəttlər nəyə xidmət edir, o yola girməyin cəriməsi varmı, yoxsa GOP vaxtı işlək olacaq?
2) Şəhərin bir çox yerində avtobus xəttləri çəkilib, buna sözüm yox, təşəbbüs kimi anlayıram, amma bu xəttlərin yaradılmasına, yolların bölünməsinə kim qərar verir? Bu qərar verilərkən hansısa hesablamalar aparılırmı?
3) Avtobus xəttləri şəhərdə qırılır, yəni bütöv deyil, məntiqsizliklərlə doludur. Bir küçədə xətt dəfələrlə kəsilirsə, həmin kəsilmiş hissələrdə təbii olaraq avtomobil sıxlığı yaranırsa, bu sıxlığa görə avtobus zaman-zaman elə o tıxaclarda ilişib-qalırsa, bu xəttlərin nə önəmi, nə əhəmiyyəti var? Olmazmı ki, bu xəttlər küçənin və hərəkətin imkan verdiyi sahələrdə kəsintisiz olaraq çəkilsin?
4) Bəzi küçələrdə avtobus xəttləri ilə yanaşı eyni istiqamətdə parking yerləri də var, bu “ağıllı” ideya kimin kafasına gəlib?
5) Küçələrdə sıxlıq, tixac yarananda DYP işçiləri tıxacı azaltmaq üçün sürücüləri avtobus zolaqlarından keçməklə sıxlığı azaltmağa çalışırlar, bəzi tanışlarımın verdiyi məlumata görə, onlar DYP əməkdaşlarının göstərişlərinə uyğun avtobus zolağına keçiblər, amma onlara cərimələr gəlib – niyə belə olmalıdır? Yaxşı, sürücü DYP əməkdaşının göstərişlərinə tabe olmasın, sürməsin o zolaqlarla?
Natig Cəfərli
TEREF