SAHİBSİZ CANSIZ QATİLLƏR...
30-09-2024, 16:18
Qatillər, ümümi anlayışda iki cür olur - canlı və ... cansız. Hər iki halda, hüquq dilində desək, qətlin subyekti insan, obyekti insandır. İnsan var bir başa qətl törədir: diqər insanın həyatına son qoyur. İnsan var, bilərəkdən gördüyü əməllər, özünün birbaşa iştirakı olmadan, hətta münaqişəsiz, sülh və əminəmanlıq şəraitində belə insanların məhfinə zəmin yaradır. Hər iki halda qətl əməli ya aşkar, ya latent olur. Ermənilər hər ikisini qəddarcasına bacarır.
Məsələn, İsmayıllıya 5-6 kilometr qalmış bir döngə var. 3 kilometr düz, sürətli yolda, sürücüyə görünməyən qəfil sərt döngə. Ozüdə hamar relyefli geniş ətraf sahədə.
Bu döngədə yüzlərlə qəza baş verib, xeyli insan həlak olub. Sovet dönəmində yolun çəkilməsinə erməni mühəndis rəhbərlik edib. İndi özü yox, amma əməli insanlarımızı öldürməkdə davam edir.
Bu günümüzdə də, bilərəkdən, ya bilmədən yaramaz insan əməlləri həyatımıza təhlükə olaraq davam edir. Piyada keçidində qocanın, qadının, uşağın addaya bilməyəcəyi səkülər. Xüsusi təyinatlıların maneə zolağına bənzər trotuarlar, düz ortasında özü enliliyində gövdəsi olan ağaclar...
Ölkədə bir mikron belə sahibsiz yer yoxdur. Tam suveren ərazimizdir. Hər qarışında müxtəlif sahələrdən səlahiyyətli, məvacib, mükafat alan cavabdehi var. Eksperiment üçün yolda satmağa bir vedrə pomidor qoyun. Göz qırpımında icra strukturu (MİS), ,,uçastkovı", PPX xidmət ərazisinə sahib çıxacaq. Bəs düşüb xəsarət aldığımız açıq ,,lyuklar", yol ortasında həftələrlə canımıza qəsd edən xəndəklər Azərbaycan ərazisi deyilmi? Cavabdehi, məsuliyyət daşıyanı yoxdurmu?
Şəkildəki piyada keçidı Ceyhun Hacıbəyli küçəsində151 nömrəli məktəbin qarşısındadır.
Görünür ,,otxod" dirəkdən qurulub. Hündürlüyü 1metr 58 santimetr (orta azərbaycanlının boyu rəsmi 167.3 sm). 6-7 sinif uşaqları lövhənin altındam keçə bilmirlər - lövhənin iti kənarları başlarını kəsir. Hanı bu qətlə qəst cinayətinə məsuliyyət daşıyan? Yoxsa bu lövhə Azərbahcanda deyil? Bu paytaxt ,,şedevrinin" müəllifinin, onun rəhbərinin anlaqsız olmasına şübhə varmı?
18 yaşlı Əsgərimiz canı bahasına Vətənin son qarışına sahib çıxa bildi! Bəs siz, ay xətakar qalstuklu, məsuliyyətsiz biveclər?...
Zahid Teymurov
TEREF