Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - ŞİKAYƏT

Bu gün, 07:56           
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - ŞİKAYƏT
Bakı şəhərinin adlarının açıqlanmasını istəməyən bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onlar bildirirlər ki, hazırda Kanada da yaşayan Şükürlü Kənan Azər oğlu onları aldadaraq, pullarını mənimsəyib:

“Yazaraq, sizdən bu problemi işıqlandırmağınızı xahiş edirik.

Xeyli vaxt idi ki, xaricdə işlərlə maraqlanırdıq. Bir gün tanımadığımız bir nömrədən zəng gələrək, bizə xaricdə iş təklifi olundu. Belə ki, Şükürlü Kənan Azər oğlu digərləri kimi çox məbləğ tələb etməməklə, sadəcə şəxsiyyət vəsiqəsini istəməklə bizi özünə inandırdı. Sən demə, məqsədi pul yığıb qaçmaq imiş.

Hər birimizə bildirdi ki, işiniz alınmasa, pulunuz geri qaytarılacaq. Birimiz 300, birimiz 320, birimiz 350, digərimiz isə 250 manat pul vermişik. Hələ digər adamlar da var ki, onların əlində mesajlar, çeklər var. Sadəcə Kənan həmin adamları bu günə kimidə aldadır ki, siziə xaricdə iş düzəldəcəm.

2 aydan çoxdur ki, bu adam nə işimizi düzəltmir, nə də pulumuzu vermir. Telefonlarını söndürüb, Kanadaya qaçıb.

Sizdən xahiş edirik, bu problemi işıqlandırın, bu adamın sənədini də yayımlayın ki, heç kəs bu adama inanmasın.

Bu haqda polisə də məlumat verəcəyik”.

Məsələ ilə bağlı yazıda adı çəkilən Şükürlü Kənan Azər oğlu ilə əlaqə saxladıq. O, aldığı pulları boynuna alaraq, həmin məbləğləri 10 gün içərisində qaytaracağını bildirdi.

Redaksiyamıza müraciət edən xanımlardan birinə isə pulunu 30.09.20224-cu il tarixində qaytaracağını bildirmişdir. Lakin bu günə kimi “bu gün, sabah” deyərək hələ də ödəniş etməmişdir.

Jalə FAMİLQIZI

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.