Ziya Məmmədovun adamı Kürdəmirdə dəmir yolunu çapıb talayır- ŞİKAYƏT
22-09-2016, 00:57
Kürdəmir rayon sakinləri tərəfindən
Kürdəmir rayon sakinləri tərəfindən teref.az-nun elektron poçtuna şikayət ərizəsi ünvanlanıb. Ərizədə deyilir:
ŞİKAYƏT MƏKTUBU
Nəqliyyat Naziri Ziya Məmmədovun adamı Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyev qanunsuz olaraq dəmir yolu reyslərini doğratdırıb satdırıb dövlət əmlakını talan edir.Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsi Hacıqabıldan-Ucar rayonunun Alı kənd dəmir yolu stansiyasına qədər məsafəni əhatə edir.Baş İdarə isə Kürdəmir rayonunda yerləşir.İdarənin rəisi Şəmsəli Quliyev Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamıdır. Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilmişdir.İndi həmirn idarə və müəssisələrin bir neçəsi işləmədiyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şəmsəli Quliyev həmin dəmir yolu reyslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır.Hər yandada deyir ki, guyab buna Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov tapşırıq verib.Söküntü işləri oğurluq edildiyindən gecə saatlarında aparılır.Kəsilən dəmir yolu reysləri maşınlarla daşınır və üzərinə torpaq tökdürülür ki, izi qalmasın.Dəmir yolu polisi isə haqq alıb oğurluq cinayətinə göz yumur. Şəmsəli Quliyev belə talançılıq yolu ilə böyük bir var-dövlətə mal-mülkə sahib olub.Buna görə o gecə-gündüz Ziya Məmmədova dua edir.
Biz bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanova mətbuat vasitəsi ilə müraciət edib xahiş edirik dəmir yolu reyslərini oğurlayıb satdırdığı üçün Şəmsəli Quliyev cinayət məsuliyyətinə cəlb edilməlidir onun barəsində tədbir görün.
Əliyev Fazil Qadir oğlu Kürdəmir rayonu H.Əliyev küçəsi bina 3 mənzil 12
Mahmudov Xasay Rafiq oğlu Kürdəmir rayonu M.Ə. Rəsulzadə küçəsi ev 34
Səfərov İslam Qardaşxan oğlu Kürdəmir rayonu H.Aslanov küçəsi ev 27
teref.az olaraq qarşı tərəfin fikirlərinə qulaq asmağa hazırıq!
Qafqaznews.az saytının əməkdaşına Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, belə bir informasiyanın yayılmasından xəbərdardır.
“Mən Şəmsəli Quliyevlə əlaqə saxladım, soruşdum nə məsələdir… Dedi ki, qızının toyu olacaq, başı qarışıqdır. Sabah bu məsələ ilə məşğul olacağıq. Bilmirik, həmin şəxslər kimdir? Ümumiyyətlə, belə adda adamlar varmı? Hər halda, araşdırıb sizə də məlumat verəcəyik”, – deyə N.Əzməmmədov cavab verdi.
“Bəs həmin məlumatların həqiqətə uyğun olub-olmaması da yoxlanılacaqmı? Məktubda səsləndirilən fikirlərlə bağlı nə deyə bilərsiniz?”, – deyə soruşduq.
“Relslərin satılması mümkün deyil. Hər şey hesablanır, nəzarətdədir. Lakin görək bu adamlar belə bir məlumatı niyə yayıblar. Şər deyilsə, həqiqət payı varsa, tədbir görüləcək. Şər olduğu da üzə çıxarsa, o zaman bu şəxslər barəsində tədbir görüləcək. Onlar məsuliyyətə cəlb olunacaqlar”, – deyə N.Əzməmmədov əlavə etdi.
Biz Ş.Quliyevin özüylə də əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Hər halda, görünür ki, kimsə Şəmsəli Quliyevin xeyir işinə “şəkərlik” qatmağa çalışıb.