MedEra» hospitalında "soyğun" var

21-09-2016, 21:37           
MedEra» hospitalında "soyğun" var
Paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 111 a ünvanının sakini Səid Şövqatov Gundelik-Baku.com-un elektron ünvanına müraciət edərək «MedEra» hospitalındakı soyğunçuluqdan şikayətlənib. Belə ki, onun şikayətini təqdim edirik: «Bir ay bundan öncə qulağımda yaranan problemlə bağlı «Grand Hospital»da lor həkimi Tural Hacımirzəyevin qəbulunda olmuşam. Həkimin müayinəsindən keçəndən sonra mənə müalicə yazıb. Həmin müalicə əsasında xəstəliyim tam müalicə olub, sağalmışam. Həmin hospitalda iki dəfə həkimin qəbulunda olmuşam. Həkim bir ay sonra yenidən müayinədən keçməyimi tövsiyə etdi. Bildirdi ki, çox az ehtimalla qulağımda problem yarana bilər. Həkimə zəng edib qəbuluna getmək istədim. Həkim bildirdi ki, artıq «MedEra» hospitalında işləyir. Beləcə, həmin hospitala getdim. Həkim qulağımda heç bir problem olmadığını dedi. «MedEra» hospitalında həkimin qəbulu üçün məndən 45 manat ödəniş etməyimi tələb etdilər. Onlara bildirdim ki, həkim mənə heç bir müalicə yazmayıb, heç bir tibbi yardım göstərməyib. Dedilər ki, fərqi yoxdur, həkimin qəbulu üçün bu ödənişi etməlisiniz. Biz özəl xəstəxanayıq, bizdə qəbul üçün ödəniş bu qədərdir. Həmin məbləği ödədim. Mən həmin xəstəxananın heç bir xidmətindən istifadə etmədiyim halda o məbləği niyə ödəməliyəm. Bunun bir adı var, soyğunçuluq». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.