Kəbirə Məmmədova dələduzluqda ittiham olunur

22-09-2016, 21:25           
Kəbirə Məmmədova dələduzluqda ittiham olunur
Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova dələduzluqda ittiham olunur.

“Report”un xəbərinə görə, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirib.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır. Binə Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Lakin o, K.Məmmədovanın heç kimdən pul almadığını deyib: “Əksinə, Kəbirə xanım daim xeyriyyəçilik əməlləri ilə məşğul olub. Yəni, o çox adama pul verib, lakin heç kimdən pul almayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru