Laçının polis rəisi haqqında şok iddia.
23-09-2016, 01:51
Laçın rayon sakini saytımıza ilginc məlumat göndərib.Məqsədə uyğun olmadığı üçün şikayətçinin kimliyi barəsində açıqlama vermirik.
***
Şikayətçi qeyd edir ki,rayon polis şöbəsinin əməkdaşları son vaxtlar insanlara qarşı aqressivləşiblər.Belə ki,insanlara gəlir mənbəyi kimi baxan polislərimiz bizləri addım başı incidir və heç nədən şərləyib haqq tələb edirlər.Ölkəmizdəki iqtisadi böhran Laçın polisinə də möhkəm təsir göstərib.Buna görə də polis rəisi Məhəmməd Kərimov qərar verib ki,böhrandan camaatın gücü ilə çıxmaq olar.
***
Kim ki,daxili işlər nazirliyinin qaynar xəttinə (102)-yə zəng edib şikayətini bildirir,rəis Məhəmməd Kərimov tərəfindən təzyiqlərə məruz qalır.Polis rəisi şikayətçiləri təhdid edərək şikayətlərini geri götürməyə məcbur edir.Bizlər məcbur qalmışıq ki,bu məsələni kiv-lərin xətti ilə ictimailəşdirək.Xahiş edirik,dövlət qurumları bu özbaşnalıqlara son qoyulması üçün hərəkətə keçsinlər.
Redaksiyadan:Kend.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq.Laçın rayon sakini qeyd edir ki,keçmiş sovet hökumətinin dövründə inşa olunmuş Ağcabədi,İmişli rayonlarının ərazilərindəki neft buruqları yoxa çıxıb.Mənbə bildirir ki,buruqların oğurlanaraq satılması işində Laçın polisinin əli var.Bu işdə birbaşa rəis Məhəmməd Kərimovun adı hallanır. Redaksiyamız qeyd olunan məsələni tezliklə araşdırıb dəyərli izləyicilərimizə təqdim edəcəyik.