“Bəy Mamed”in binaları söküləcək

23-09-2016, 14:54           
“Bəy Mamed”in binaları söküləcək
Bayıl qəsəbəsində əvvəllər çirkli neft sularının yığıldığı bataqlığın üzərinə torpaq töküb qurudulması ilə inşa edilən hündürmərtəbəli binalar söküləcək.

Vətəninfo.az xəbər verir ki, məlumata görə, ölkədə keçirilmiş 1-ci Avropa oyunları öncəsi bu binalar milyonlarla vəsait xərclənərək yüksək arxitektura qaydalarına uyğun şəkildə üzlənilib. Əslən Şərur rayonundan olan, "Bəy Mamed” kimi tanınan iş adamının tikdirdiyi bu 5 mərtəbəli binaların, demək olar ki, özülü bataqlıqlar üzərindədir. Binaların zaman keçdikcə çökdüyü qeyd edilir. Şəhərin ən gözəl sahəsində yerləşməsinə baxmayaraq, bu yaşayış kompleksində demək olar ki, mənzillər sahibsizdir. Bu kompleksdən mənzillər alanlar isə, sonradan evlərini ya şirkətə qaytarıblar, ya da başqalarına satıblar.

Son aldığımız məlumata görə "Bəy Mamed”in milyonlar sərf edib inşa etdiyi bu yaşayış kompleksi tamamilə söküləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru