Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimlinin xəstəxanadan görüntüləri yayıldı - VİDEO

26-12-2024, 10:59           
Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimlinin xəstəxanadan görüntüləri yayıldı - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 29-u isə sağ qalıb.

Bizim.Media xəbər verir ki, sağ qalanlar arasında stüardessa Aydan Rəhimli də var.

Onun xəstəxanadan görüntüləri FHN-in hazırladığı videoda yer alıb.

Yeri gəlmişkən, digər stüardessa Hökümə Əliyeva həyatını itirib, stüard Əsədov Zülfüqar isə sağ qalıb.

Xatırladaq ki, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

VİDEO:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru