Orta Dəhliz üzrə tədarükün artması: Qazaxıstan ilk dəfə AR vasitəsilə ammofos ixrac edib

Bu gün, 12:38           
Orta Dəhliz üzrə tədarükün artması: Qazaxıstan ilk dəfə AR vasitəsilə ammofos ixrac edib
2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən daşınan yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri ötüb.
Qazaxıstanın "Kaztransoyl" neft emalı şirkətinin törəmə şirkəti ilk dəfə olaraq Azərbaycan ərazisi və Batumi limanı vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM/Orta Dəhliz) üzrə 3 min ton ammofos mineral gübrəsinin yüklənməsini həyata keçirib.
"Bu mineral gübrə ilk dəfə olaraq "Batumi Dəniz Limanı"ndan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə ixrac edilir. 2025-ci ildə "Batumi Dəniz Limanı" MMC 50 min ton Qazaxıstan ammofosunu daşımağı planlaşdırıb", - şirkətin "Telegram" kanalında dərc olunan bəyanatında deyilib.

Xatırladaq ki, "Batumi Dəniz Limanı" MMC-nin səhmlərinin 100%-ni idarə etmək üçün müstəsna hüquqlar "Kaztransoyl"un törəmə şirkəti "Batumi Oil Terminal" MMC-yə məxsusdur.
"Kaztransoyl", həmçinin qeyd edib ki, 2024-cü ildə yeni yükgöndərənlərin cəlb edilməsi səyləri çərçivəsində "Batumi Dəniz Limanı" TMTM marşrutu üzrə dünya bazarlarına 37,6 min ton Qazaxıstan ammonium nitratının ilk tədarükünü təmin edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya "Orta Dəhliz" Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropa ölkələrinə qədər uzanır. TMTM Assosiasiyasına səkkiz ölkədən dəmir yolu administrasiyaları, limanlar, gəmiçilik və digər nəqliyyat şirkətləri daxil olmaqla 20 şirkət daxildir.
Завод ОАО «Аммофос». - Sputnik Azərbaycan, 1920, 10.02.2025
Kimyəvi müəssisə, arxiv
© Sputnik / Алексей Никольский
TMTM-də rekord daşımalar
Bundan əvvəl "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib ki, 2024-cü ildə Transxəzər Beynəlxalq Dəhlizi ilə Çindən daşınan yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri ötüb.
QSC tərəfindən o da qeyd edilib ki, infrastrukturun inkişafı Azərbaycan ərazisi üzrə ildə ən azı 1000 blok-qatarın daşınmasına imkan verir.
TMTM-in bir hissəsi olan Bakı-Tbilisi-Qars xəttinin 2024-cü ildə modernləşdirilməsi onun ötürücülük qabiliyyətini ildə 1 milyon tondan 5 milyon tona çatdırmağa imkan yaradıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.