Qlobal borc 318 trilyon dollara çatıb

27-02-2025, 15:44           
Qlobal borc 318 trilyon dollara çatıb
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatına görə, 2024-cü ilin sonuna qlobal borc 318 trilyon dollara yüksələrək rekord həddə çatıb.

İndex.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Ekspertlərin fikrincə, son bir ildə qlobal borcun səviyyəsi 7 trilyon dollar artıb. Buna baxmayaraq, uzunmüddətli perspektivdə bu göstəricinin artımında yavaşlama gözlənilir.

Qlobal borc əsasən ABŞ, Fransa, Çin, Hindistan və Braziliyanın aldığı borclardan ibarətdir. Keçən həftə ABŞ-nin Hesablama Palatası cari gəlir və xərcləmə meylləri davam edərsə, ölkənin milli borcunun iqtisadiyyatdan daha sürətli artacağını və bu rəqəmin 2050-ci ilə qədər ölkənin ÜDM-ni 200% üstələyəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, ABŞ-nin dövlət borcu il ərzində 7% artaraq 2.37 trilyon dollara çatıb. Daha əvvəl məlum olub ki, ABŞ milli borcuna görə defoltla üzləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru