Kəngərlinin icra başçısı QOÇU SAXLAYIR? - BU NƏDİ BELƏ?..
Dünən, 17:12

Bu gün "DİA-AZ" olaraq Eveteninfo.az" saytına istinadla... sözügedən saytın baş redaktoru Nahid Canbaxışlının şəxsən şahidlik etdiyi bir problemlə bağlı yazını ictimailəşdirdik.
YAZI BURADA: Kamal Ələkbərov qanunları necə tapdalayır? - Kəngərli rayonunda Azərbaycan bayrağına hörmətsizlik
Qeyd edək ki, Yazıda iddia olunanlar həm də videofaktla sübutlansa da, nədənsə barəsindeə cavabdeh şəxs kimi danışılan Kəngərli rayon icra hakimiyyətinin başçısı özünün ƏXLAQ normalarına uyğun olaraq saytımıza hücumlar təşkil etməkdədir.
Qeyd edək ki, yazıda əslində bir icra başçısına normal şəkildə tutula biləcək iradlar yer alıb. Amma görünəni odur ki, Kəngərli rayon icra hakimiyyətinin başçısı postunu tutan Kamal Ələkbərov özünün mahiyyətinə uyğun reaksiyalarla diqqətə gəlmək istəyir.
Onu da qeyd edək ki, səlində əksəriyyət... yəni yazıya normal reaksiya verən Kəngərli sakinləri sosial şəbəkələrdə "veteninfo.az" saytının ictimailəşdirdiyi faktı təqsdiqləyiblər. Amma əksəriyyət məhz həyasına qısıldığından başçını müdafiə adınaltına səfərbər olan trolların idbarlığı daha tez üzə çıxmış olur...